“İmişli”nin oyununda 5 qol, “Qarabağ” “Zirə”yə uduzdu

Birinci divizionda 13-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

“Zaqatala” – “Turan Tovuz-2” matçında qalib müəyyənləşməyib. “Qaradağ Lökbatan” MOİK-lə ev oyununda darmadağınla qalib gəlibsə, lider “Araz Naxçıvan” “Səbail”in əvəzediciləri ilə səfər oyunundan inamlı qələbə ilə ayrılıb. “Neftçi” və “Qəbələ”nin əvəzediciləri arasındakı oyunda da paytaxt təmsilçisi sevinən tərəf olub.

Turun qalan oyunları bu gün keçirilib. “Qarabağ”ın əvəzediciləri “Zirə-2″yə minimal hesabla uduzub. “İmişli” isə “Sumqayıt”ın əvəzedicilərini 3:2 hesabı ilə məğlub edib.

Birinci divizion, 13-cü tur

5 dekabr

Qaradağ Lökbatan – MOİK 3:0
Qol:
Murad Dadaşov, 7. Mehdi Həşumov, 51. Sabir Allahquliyev, 76.
Hakimlər: Kamal Umudlu, Zakir Şükürzadə, Gülnur Əkbərzadə, Əkbər Əhmədov
Hakim-inspektor: Zöhrab Qədiyev
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00

Səbail-2 – Araz Naxçıvan 0:2
Qol
: Bayraməli Qurbanov, 54; 70.
Hakimlər: Şamil İmanzadə, Zöhrab Abbasov, Orxan İbişov, Əli Əliyev
Hakim-inspektor: Anar Salmanov
“ASKO Arena”, 14:00

Neftçi-2 – Qəbələ-2 1:0
Qol
: Aqşin Abazərov, 15.
Hakimlər: Kamranbəy Rəhimov, Rlman Kərimov, Vüqar Bayramov, Kamran Əliyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
Türk Hava Yolları Futbol mərkəzi (4-cü meydança), 15:00

Zaqatala – Turan Tovuz-2 1:1
Qol
: Valeh Qəhrəmanlı, 7 – Elçin Qasımov, 90+4.
Hakimlər: Səbuhi Bayramov, Asiman Əzizli, Taleh Məmmədov, İrşad Aydınov
Hakim-inspektor: Gülağa Cabarov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00

6 dekabr

Qarabağ-2 – Zirə-2 0:1
Qol:
Taleh Fərmanov, 29.
Hakimlər: Sərxan İsmayılov, Səbuhi Soltanov, Ruslan Quliyev, Namiq Bəkirov
Hakim-inspektor: Orxan Məmmədov
Binə qəsəbə stadionu, 14:00

İmişli – Sumqayıt-2 3:2
Qol:
Nurlan Bayramov, 1-avtoqol. Əli Tağızadə, 41. Bayram Əliyev, 47 – Cavid Quliyev, 79. Nihad Məmmədov, 88.
Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Asif Abdullayev, İslam Məmmədov
Hakim-inspektor: Əmrah İbrahimov
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 14:00

Şamaxı-2 – Kəpəz-2 1:0
Qol:
Rüstəm Əlizadə, 90+2.
Hakimlər: Emin Əliyev, Elmin Süleymanov, Anar Bədəlov, Rövşən Rəcəbov
Hakim-inspektor: Munis Abdullayev
Şamaxı şəhər stadionu, 14:00

1Araz Naxçıvan1292130-829
2Neftçi-21291227-1328
3Turan Tovuz-21281322-925
4Kəpəz-21362521-1720
5Səbail-21253421-2118
6Qəbələ-21252519-1517
7Zaqatala1252521-2317
8Qaradağ Lökbatan1343617-1415
9Zirə-21243511-1615
10MOİK1243518-2215
11Qarabağ-21242615-1814
12Mingəçevir1241720-2313
13Şamaxı-21242614-2314
14İmişli1230912-359
15Sumqayıt-21223713-249
BOMBARDİRLƏR:

Orxan Əliyev (“Araz Naxçıvan”) – 11 qol
Cəlal Cəbrayılov (“Zaqatala”) – 9 qol
Rauf Əliyev (“Kəpəz-2”) – 9 qol
Vüsal Əsgərov (“Neftçi”) – 8 qol
İlham Allahverdiyev (MOİK) – 7 qol
Elnur Cəfərov (“Qaradağ Lökbatan”) – 7 qol
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button