“Qarabağ” uduzdu, “Zaqatala” darmadağına sevindi

Azərbaycan 1-ci divizionunda 18-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd görüş keçirilib. Turun ilk matçında “Qəbələ”nin ikinci komandası “Səbail-2″ni böyük hesabla məğlub edib.

“Turan Tovuz” üçün də bu tur yaxşı sonluqla nəticələnməyib. Tovuz təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşmada qapısında 3 cavabsız top görüb.

Turun qalan oyunları bu gün keçirilib. “Zaqatala” doğma meydanda MOİK-i 4:1 hesabı ilə məğlub edib. “Qarabağ”ın ikinci komandası isə “Keşlə”nin əvəzedicilərinə minimal hesabla uduzub.

Birinci divizion, 18-ci tur

15 mart

Qəbələ-2 – Səbail-2 4:0
Qol:
Hüseyn Mürsəlov, 28. Ramin Doobi, 51. Mehrac Baxşalı, 80-pen. Çiçin Akande, 85.
Qırmızı vərəqə: Zeynəddin Abdurahmanov, 73 (Səbail-2). Elşad Tağıyev, 82 (Səbail-2)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Taleh Məmmədov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu, 13:00

Sumqayıt-2 – Neftçi-2 2:3
Qol:
İbrahim Əliyev, 13. Ayxan Süleymanlı, 73 – Ağadadaş Salyanskiy, 30. Samir Qurbanov, 32. Emin Zamanov, 88.
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Elman Kərimov, Elvin Bayramov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: İlham Əliyev
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 14:30

Qaradağ Lökbatan – Turan Tovuz 3:0
Qol:
Nodar Məmmədov, 51. Urfan İsmayılov, 73. Elnur Cəfərov, 89.
Hakimlər: Səbuhi Bayramov, Elmin Süleymanov, Tərlan Talıbzadə, Rauf Allahverdiyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30

Sabah-2 – Zirə-2 2:0
Qol:
Kamran Quliyev, 87. Veysəl Rzayev, 90+3.
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Zöhrab Abbasov, Emin Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
Binə qəsəbə stadionu, 14:30

16 mart

Zaqatala – MOİK 4:1
Qol:
Xəlil Bəşirov, 11; 25; 56. Hümbət Ələkbərov, 62 – Elvin Nəsibov, 16.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Əli Əliyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 13:00

Qarabağ-2 – Keşlə-2 0:1
Qol:
Tərlan Quliyev, 11.
Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Vüqar Bayramov, Elçin Məsiyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elman Musayev
Binə qəsəbə stadionu, 14:30

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button