“Bir xal bizim üçün qələbəyə bərabərdir” – Elşad Əhmədov

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən matçdan sonra bunları söyləyib:

– “Qarabağ”la oyunlar həmişə maraqlı olur. Son illərin çempionuna qarşı oyunlarda futbolçular daha yüksək motivasiyayla hazırlaşır. 10 nəfər qalmağımıza baxmayaraq, futbolçularım xarakter göstərdi. Bir xal, bizim üçün qələbə kimi bir şeydir.

– “Qarabağ”ın sizdən çəkdiyi nədir?
– 12 il “Qarabağ”da oynamışam. Onların adı bizim üçün motivasiyadır. Bizdən çəkdiyi bir şey yoxdur. Sadəcə, bu futboldur.

– Oyunun sonunda sevinməməyinizin səbəbi nə idi?
– Xarakterlə bağlıdı. “Zirə”ni məğlub etdiyimiz oyunda da sevinməmişdim.

– Məğlubiyyət sindromunun sonu gələ bilərmi?
– Bizim istəyimiz, növbəti ilin komandasını qurmaqdır. Bunun üçün çalışırıq. Ola bilsin hardasa düz etmirik, ancaq çox çalışırıq.

– “Neftçi” və “Qarabağ”la oyunlardan hansında daha çox çətinlik çəkirsiz?
– “Qarabağ”la oyunlarda.

– Cavid İmamverdiyevin sonradan meydana daxil olmasına səbəb nə idi?
– İki gün məşqlərdə iştirak etməmişdi. Qripləmişdi. İstirahət verməyi düşündük.

– Hakimliklə bağlı düşüncələriniz nədir?
– İlk dəqiqələrdə gərgin oyun oldu. Sarı vərəqələr çox oldu oyunun əvvəlində. Hakimlərin işinə müdaxilə etmək düzgün deyil.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button