“Premyer Liqa klublarına canla-başla kömək edəcək formadayam” – Novruzov

Bir müddət əvvəl Estoniyanın “Narva Trans” klubundan ayrılaraq, azad agent olan Nurlan Novruzov karyerasını Azərbaycanda davam etdirmək istəyir.

Bu barədə 27 yaşlı hücumçu Komanda.az saytına açıqlamasında deyib. Novruzov, Rumıniya və Estoniya klublarından təklif olsa da, fikrinin Azərbaycanda qalmaq olduğunu deyib:

“Hələ Bakıdayam. Ölkə xaricində Rumıniya və Estoniya variantları var. Açığı, indi Bakıda qalmaq istəyirəm. Bu koronavirus pandemiyası bitsin, yayda ölkə xaricinə yollanmaq niyyətindəyəm”.

Novruzov, Azərbaycanın Premyer Liqa klublarından heç bir təklif olmadığını, buna baxmayaraq, yaya qədər yerli klublardan birində çıxış etmək istədiyini də bildirib:

“Düzdür, yerli klublardan hələ təklif yoxdur, ancaq menecerim özü danışıqlar aparacaq. Hansı komanda olur olsun, fərqi yoxdur. Yaya qədər Premyer Liqa klublarına canla-başla kömək edəcək formadayam”.

Novruzov karyerası ərzində Azərbaycanda “Bakı”, “Sumqayıt”, “Səbail”, Türkiyədə “Şanlıurfa”, “Dersim 62 Spor”, Moldovada “Dinamo-Auto”, Estoniyada “Narva Trans” kimi klublarda forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button