“Sabah”ın baş məşqçi postuna namizədlərdən birinin adı məlumdur AÇIQLAMA

Bir müddət əvvəl baş məşqçi Ramin Quliyevlə yollarını ayıran “Sabah”da məşqçi axtarışları davam edir.

Azərbaycan təmsilçisi hazırda bir neçə mütəxəssislə danışıqlar aparır. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Komanda.az-a açıqlamasında deyib. O, Rusiyanın “Krasnodar” komandasının keçmiş baş məşqçisi, rusiyalı Murad Musayevin də namizədlər arasında olduğunu deyib:

“Hazırda bir neçə məşqçiylə danışıqlar gedir ki, Murad Musayev də həmin siyahıdadır. Baş məşqçi axtarışlarımız davam edir. Bu istiqamətdə təyinat rəsmiləşəndə, rəsmi səhifələrimiz vasitəsilə ictimaiyyətə məlumat verəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button