Markizio futbola qayıdır – bu dəfə…

Bir müddət əvvəl karyerasını bitirdiyini açıqlayan Klaudio Markizio yenidən futbola qayıda bilər.

Komanda.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi İtaliyanın 5-ci divizion təmsilçisi “Çizol”la müqavilə imzalamağa yaxındır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, klubun prezidenti Luk Atsoriylə yaxşı əlaqələri olan Markizionun danışıqlar apardığı bildirilir.

“Çizol” klubunun ev oyunlarını keçirdiyi stadion da Markizionun yaşadığı ünvana yaxındır.

“Yuventus”un yetirməsi olan Markizio, 2005-2018-ci illər aralığında Turin təmsilçisində forma geyinib. Daha sonra “Zenit”ə keçən yarımmüdafiəçi bu yay müqaviləsini pozaraq, azad agent statusu almışdı. İtaliya yığmasında 55 oyun keçirən Klaudio, 5 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button