Zidanın planı

Bir müddət əvvəl “Real”la yollarını ayıran Zinəddin Zidan yeni mövsümdə komanda çalışdırmayacaq.

Komanda.az xəbər verir ki, 48 yaşlı mütəxəssis bir müddət istirahət etmək istəyir və yeni mövsümdə hansısa klubda baş məşqçilik etmək niyyətində deyil. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Zidan hazırda Didye Deşamın baş məşqçilik etdiyi Fransa yığmasını çalışdırmaq üçün fürsət gözləyir.

Zidan 2019-cu ildən baş məşqçilik etdiyi “Real”la müddəti bitən müqaviləsini yeniləməyib və klubu tərk edib.