“Arsenal”da yeni kapitan

Bir müddət əvvəl azarkeşlərlə qalmaqal yaşayan “Arsenal”ın futbolçusu Qranit Cakanın kapitanlığı əlindən alınıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “topçular”ın baş məşqçisi Unay Emeri Avropa Liqasının qrup mərhələsinin “Vitoriya” ilə oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib. Emeri, Cakanın artıq kapitan olmadığını bildirib. “Arsenal”da yeni kapitan Pyer-Emerik Obameyanq təyin olunub.

Caka “Arsenal”ın “Vitoriya” ilə qarşılaşacağı oyunun heyətinə daxil edilməyib.

Bu gün keçiriləcək “Vitoriya” – “Arsenal” oyunu saat 19:50-da start götürəcək.