“Bir məşqçinin ehtiyacı olan budur” – Flik

UEFA Çempionlar Liqasının final oyununda PSJ-yə 1:0 hesabı ilə qalib gələn “Bavariya”nın baş məşqçisi Hans-Diter Flik matçdan sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, oyunla bağlı fikirlərini bölüşən mütəxəssis, futbolçuları ilə qürur duyduğunu bildirib:

“Komandamla qürur duyuram. Son 10 aydakı inkişaf sensasionaldır. Bu qələbəni layiqli bir şəkildə qeyd etməliyik.

Hər iki tərəfin şans yaratdığı, sürətli oyun izlədik. PSJ-nin necə səviyyəli komanda olduğunu gördük, amma çox yaxşı müdafiə olunduq. Xüsusilə, ikinci hissədə qələbəyə layiq oynadıq. Qalib gəlməyə qərarlı, qətiyyətli olan futbolçularımız var. Bir məşqçinin ehtiyacı olan budur. Əsl komanda oyunu göstərdik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button