“Bir gün “Barselona”ya qayıdacam” – Setyen

“Barselona”nın sabiq baş məşqçisi Kike Setyen komandadakı fəaliyyəti barədə açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Setyen, Kataloniya klubunda çalışdığı üçün peşman olmadığını bildirib:

“Barselona”da olanlar üçün yaşadığım məyusluğun öhdəsindən gəldim. Bu da işimizin bir parçasıdır. Klubdan ayrılandan bəri həyatım xeyli dəyişdi. “Barselona”dakı təcrübəm, yaşadıqlarım möhtəşəm idi. İlk vaxtlarda istədiyimiz uğuru əldə etmədiyimiz doğrudur, amma komandada işlər qarışıq idi. Bir gün “Barselona”ya qayıdacam. Ora getdiyim üçün heç vaxt peşman olmayacam”.

Setyen yayda “Barselona”dakı vəzifəsindən istefaya göndərilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button