Biləcəri stansiyası

Rəşad Ergün

Milli komandanın uduzmasının, uğursuzluğunun səbəbi bir və ya bir neçə fərd deyil. Heç baş məşqçi də deyil. Nə oldu, bütün baş məşqçilər pis oldu? Hansı ki, onların arasında Qurban Qurbanov da olub.

Kiçik, əhəmiyyətsiz qələbələr olacaq, hətta bəzən şans üzümüzə güləcək, “şikəst” dövrünü keçirən komandalarla oynayıb, mini uğurlu seriya da yaxalayacağıq. Amma bunlar hamısı Azərbaycanda futbolun normal olduğu, normal səviyyədə olduğu anlamına gəlməz.

“Qarabağ” əcnəbi futbolçularla bir yerə qədər gedib dayandığı kimi, Azərbaycan millisinin də gedə bildiyi yer var – Biləcəri stansiyası. Vəssalam.

Mənə görə, heç bütün günahlar AFFA rəhbərliyində də deyil. Necə deyərlər, toplum, cəmiyyət olaraq günahlardan arınmalıyıq…

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button