Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları məlum olub

Bu gün Polşanın Krakov şəhərində start götürəcək batut gimnastikası və tamblinq üzə 10-cu Vavel beynəlxalq turnirinə qatılacaq Azərbaycan idmançıları məlum olub.

Komanda.az federasiyaya istinadən xəbər verir ki, yarışda ölkəni milli komandanın 10 üzvü təmsil edəcək.

Tamblinq növündə Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Fərhad Mustafayev, batut gimnastikasında isə Ammar Baxşaliyev, İbrahim Mustafazadə, Əli Niftəliyev və Nicat Mirzəyev qüvvəsini sınayacaq.

Turnirə aprelin 4-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button