“Real” və “Barselona” 18 milyon avro itirəcək

Beynəlxalq Çempionlar Kubokunun ləğv edilməsi İspaniyanın “Real” və “Barselona” klublarına 18 milyon avroya başa gələcək.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Belə ki, “Real” və “Barselona” yayda Beynəlxalq Çempionlar Kuboku turniri çərçivəsində Las Veqasda bir oyun keçirməyi planlaşdırırdı.

Beynəlxalq Çempionlar Kuboku koronavirus pandemiyasına görə ləğv edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button