Afrikanın ən yaxşı futbolçusu bilindi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Afrikada son 10 ilin ən yaxşı üç futbolçusunu açıqlayıb.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, siyahının ilk pilləsində “Liverpul”dan Məhəmməd Salah yer alıb. Misirli hücumçu Afrikada son 10 ilin ən yaxşı futbolçusu seçilib.

İkinci yerdə “Liverpul”un seneqallı yarımmüdafiəçisi Sadio Mane, üçüncü sırada isə “Mançester Siti”nin əlcəzairli futbolçusu Riyad Mahrez yer alıb.