“Beşiktaş”da daha bir ayrılıq

“Beşiktaş” daha bir futbolçusu ilə vidalaşıb.

Komanda.az xəbər verir ki, Gökhan Gönül İstanbul klubundan getməyə qərar verib.

Bu barədə sözügedən oyunçu sosial şəbəkə hesabında məlumat yayıb. O, 2016-cı ildən uğurları üçün çalışdığı kollektivlə vidalaşıb.

35 yaşlı futbolçu bu illər ərzində “Beşiktaş”la bir dəfə Türkiyə çempionu olub.

Xatırladaq ki, “Beşiktaş” daha öncə Kevin-Prins Boatenq və Burak Yılmazla yollarını ayırdığını rəsmən açıqlamışdı. Caner Erkinin də “qara qartallar”la vidalaşmağa hazırlaşdığı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button