“Beşiktaş” yeni transferini rəsmən açıqladı

Türkiyənin “Beşiktaş” klubu növbəti transferini reallaşdırıb.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi Fransanın “Genqam” klubunun sol cinah müdaifəçisi Pedro Reboşonu icarəyə götürüb.

Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Portuqaliyalı futbolçu satın alma şərti ilə 1 illik icarəyə götürülüb.

“Benfika”nın yetirməsi olan Reboşo bir müddət “Moreyrense”də də çıxış edib. 25 yaşlı müdafiəçi 2017-ci ildən “Genqam”da çıxış edirdi. Fransa klubu onu 550 min avroya transfer edib. Pedro ötən mövsüm bu komandada 36 oyuna 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bu yay Adem Lyayiçin transfer hüquqlarını alan “Beşiktaş”, Reboşodan öncə Tayler Boyd, Duqlas və Viktor Ruisi də transfer etmişdi.