“Beşiktaş” və “Kayserispor”un futbolçularında koronavirus aşkarlandı

Türkiyənin “Beşiktaş” və “Kayserispor” klublarında koronavirusa yeni yoluxma faktları qeydə alınıb.

Komanda.az xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.

“Beşiktaş”dan verilən məlumata görə, Super Liqanın 12-ci turu ərəfəsində “Alanyaspor”a qarşı oyundan öncə kollektivdən koronavirus testi götürülüb. Nəticədə bir futbolçunun koronavirusa yoluxduğu müəyyənləşib. Adı açıqlanmayan həmin oyunçu dərhal karantinə alınıb.

“Kayserispor”da da bir futbolçunun COVİD-19 testi pozitiv çıxdığı açıqlanıb. Daha öncə koronavirusa yoluxan oyunçulardan ikisinin isə sağaldığı və onların sonuncu testlərinin neqativə çevrildiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, “Beşiktaş” dekabrın 13-də “Alanyaspor”la, “Kayserispor” isə bu gün “Trabzonspor”la üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button