“Beşiktaş” Sərgən Yalçınla anlaşdı

Türkiyənin “Beşiktaş” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisini bundan sonra Sərgən Yalçın çalışdıracaq.

Türkiyə mətbuatının yazdığına görə, İstanbul təmsilçisinin prezidenti Ahmet Nur Çebi “Vodafon Park”da Sərgən Yalçınla həlledici görüş keçirib. Bir saat davam edən görüşün sonunda tərəflər 1,5 illik müqavilə ilə bağlı razılığa gəliblər. Amma İstanbul klubu hələlik bu transferi rəsmən açıqlamağa tələsmir.

“Beşiktaş”ın əfsanəvi futbolçularından hesab olunan Sərgən 1991-1997 və 2002-2006-cı illər aralığında İstanbul təmsilçisinin formasını geyinib. O, bu mövsümə “Yeni Malatyaspor”un baş məşqçisi kimi başlasa da, bir müddət əvvəl istefaya göndərilmişdi.

Qeyd edək ki, “Beşiktaş” hazırda Super Liqada 30 xalla 7-ci pillədə qərarlaşıb. “Qara qartallar”ı mövsümün əvvəlindən çalışdıran Abdullah Avcı uğursuz nəticələrə görə bir neçə gün əvvəl istefaya göndərilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button