“Beşiktaş” onlarla yollarını ayıracaq

Türkiyənin “Beşiktaş” klubu iki futbolçusuyla yollarını ayıracaq.

Komanda.az xəbər verir ki, Tolqa Zengin və Gökhan Törə növbəti mövsümdən “qara qartallar”ın formasını geyinməyəcək. Bu barədə “Beşiktaş”ın prezidenti Fikrət Orman Türkiyə mətbuatına açıqlamasında deyib.

Hər iki futbolçu 2013-cü ilin yayında “Beşiktaş”a transfer olunub.