“Beşiktaş” Kuarejmanı transferə çıxardı – RƏSMİ

Türkiyənin “Beşiktaş” klubu portuqaliyalı futbolçusu Rikardo Kuarejma ilə yolları ayırmağa qərar verib.

Komanda.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Klub rəhbərliyi Portuqaliya millisinin sabiq üzvü ilə görüş keçirib. Görüş zamanı futbolçuya özünə yeni klub tapması tövsiyə olunub. 36 yaşlı futbolçu transfer pəncərəsi bağlanana qədər özünə yeni klub tapmasa da, “Beşiktaş”da əsas heyətdən kənarda qalacaq. O, sadəcə, bu komandada fərdi məşqlərlə kifayətlənməli olacaq.

Qeyd edək ki, “Beşiktaş”la futbolçu arasında daha bir illik müqavilə var. İstanbul klubu bu müddət ərzində oyunçuya 1 milyon 750 min avro və hər qazanılan xala görə 4 min avro məvacib ödəməlidir. Kuarejma yeni klubunda daha az qazanc əldə etməli olsa, “Beşiktaş” ortadakı fərqi aradan qaldıracağını bəyan edib.

Portuqaliyalı ulduz “Beşiktaş”a ilk dəfə 2010-cu ildə transfer olunub. 2013-2015-ci illər aralığında “Əl-Əhli” və “Portu”da çıxış etdikdən sonra yenidən Türkiyə klubuna qayıdan Kuarejma, bu komandada 226 oyuna çıxıb, 38 qol vurub, 78 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button