“Beşiktaş” “Atletiko” ilə qarşılaşacaq

Türkiyənin “Beşiktaş” klubu xeyriyyə oyunu keçirəcək.

Komanda.az xəbər verir ki, “qara qartallar” Madrid “Atletiko”su ilə qarşılaşacaq. Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Oyun 12 apreldə “Vodafone Park”da keçiriləcək və saat 20:30-da başlayacaq.

Matçdan əldə olnan gəlir Türkiyədə baş vermiş zəlzələdən zərər görmüş insanlara göndəriləcək.

Bir müddət əvvəl Türkiyənin “Qalatasaray” klubu da Bakıda “Qarabağ”la xeyriyyə oyununda (2:1) üz-üzə gəlmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button