Benzemaya əvəzləyici tapıblar

“Real” Bundesliqa klubu “Borussiya”nın (Dortmund) futbolçusu Kərim Adeyemi ilə maraqlanır.

Komanda.az “Football Espana”-ya istinadən xəbər verir ki, Madrid təmsilçisi 21 yaşlı oyunçunu Kərim Benzemanın əvəzləyicisi kimi nəzərdən keçirir.

Almaniyalının klubla müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub.

Adeyemi cari mövsümdə “Borussiya”nın heyətində bütün turnirlər daxil olmaqla, 21 oyuna çıxıb, üç qol vurub və bir məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button