“Benzemanın etdikləri inanılmazdır” – Alaba

“Real”ın müdafiəçisi David Alaba komanda yoldaşı Kərim Benzemanın ötən mövsümdəki çıxışı ilə bağlı fikirlərini açıqlayıb. 

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Benzemanın etdiklərinin inanılmaz olduğunu deyib:

“Benzemanın keçən mövsüm etdikləri həqiqətən inanılmazdır. Bütün bunların şahidi ola bildiyimə görə xoşbəxtəm. Bu komandanın bir hissəsi ola bildiyimə görə isə çox minnətdaram”.

Benzema bu il “qızıl top”a əsas namizədlərdəndir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button