“Benzemanı əvəz edəcək heç kimin olmadığı doğru deyil” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti hücumçu Kərim Benzemanı kimin əvəz edə biləcəyini açıqlayıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, italiyalı məşqçi, fransalı hücumçunu əvəz edə biləcək futbolçuların adlarını çəkib:

“Benzemanı əvəz edəcək heç kimin olmadığı doğru deyil. Bizdə Mariano, Hazard, Rodriqo, bəzən Asensio, hətta Luka Modriç var. Benzema üç gündən bir oynayanda istirahət etməli ola bilər. Amma indi həftədə bir oyunla o, yaxşı çıxış edir. “Betis”lə oyunda o, elə də uğurlu ola bilmədi. Lakin bu, onun fiziki vəziyyətinə görə deyil”.

“Real” İspaniya çempionatının dördüncü turunda “Betis”ə qalib gəlib (2:1).

“Kral klubu” dörd oyundan sonra 12 xal toplayıb və La Liqada turnir cədvəlində birinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button