Benzema ilə Mendi hazırdır

“Real”ın hücumçusu Kərim Benzema və müdafiəçi Ferland Mendi Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə ilk oyununda iştirak edə biləcək.

Komanda.az “RMC Sport”a istinadən xəbər verir ki, zədələrini tam sağaldan hər iki futbolçu oyuna start 11-likdə başlayacaq.

Benzema və Mendi əzələ zədələri səbəbindən yanvarın 23-dən bəri meydana çıxmırdı. Buna baxmayaraq, onlar “Real”ın Parisdəki oyun üçün iştirak ərizəsinə salınıblar.

PSJ – “Real” matçı bu gün, saat 00.00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button