Benites bu 6 futbolçunu “Everton”da istəmir

İngiltərənin “Everton” klubunun yeni baş məşqçisi Rafael Benites komandanın bir neçə aparıcı futbolçusunun göndərilməsini istəyir.

Komanda.az xəbər verir ki, türkiyəli hücumçu Cenk Tosun, Xames Rodriqes, Yerri Mina, Andre Qomes, Bernard və Fabian Delp kimi aparıcı futbolçular Benitesin planlarına daxil deyil. Bu barədə məlumatı “The Telegraph” nəşri yayıb.

Benitesin “Everton”a hansı futbolçuların transferini düşündüyü isə hələ ki, məlum deyil.