Benatia “Mançester Yunayted”i dinə qurban verib

“Yuventus”dan “Əl-Duxayl” klubuna transfer olunan Mehdi Benatia açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, mərakeşli müdafiəçi, “Mançester Yunayted”dən gələn təklifi rədd etməsinin səbəbini deyib:

“Mançester Yunayted”in təklifini rədd etdiyim üçün mətbuat məni tənqid edir. Ancaq hər kəsdən qərarıma hörmət etməsini istəyirəm. Çünki ailəm mənim üçün vacibdir. Uşaqlarımın müsəlman ölkəsində böyümələrini istəyirəm.

Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından da təklif var idi, ancaq “Əl-Duxayl”ı seçdim. Mərakeş millisinin baş məşqçisi də bu qərarıma hörmətlə yanaşmalıdır. Yığmaya dəvət etməsə, bunu anlayışla qarşılayacam”.

Benatia 8 milyon avro qarşılığında Qətər təmsilçisinə transfer olunub.