Bellingemin qayıdacağı vaxt bilindi

“Real” yarımmüdafiəçisi Çud Bellingemin zədəsi ilə bağlı açıqlama yayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu budunun arxa əzələsini zədələyib və həkimlərin qiymətləndirməsinə görə, bərpa müddəti 6–7 həftə olacaq.

Bellingem fevralın 1-də “Rayo Valyekano” ilə matçda zədələnib və qarşılaşmanın 10-cu dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalıb.

22 yaşlı yarımmüdafiəçi 2023-cü ilin yayında Dortmund “Borussiya”sından “Real”a keçib. O, 2025/26 mövsümündə 28 oyunda iştirak edib, 6 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button