“Biz Xaviyə 100 faiz güvənirik” – Belerin

“Barselona”nın müdafiəçisi Hektor Belerin Kataloniya klubunda qalmaq istəyir.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, klubla müqaviləsini uzatmaq istədiyini deyib:

“Barselona” ilə müqaviləmi uzatmaq istəyirəm. Mən burada xoşbəxtəm, daha çox qalmaq istəyirəm. Futbol nə ağ, nə də qaradır, komandaya, nəticəyə təsir edə biləcək bir çox şeylər və vəziyyətlər var. Bu yay klub bir çox oyunçu ilə müqavilə imzaladı, amma zədələrimiz çoxdur.

Mən həmişə Yurgen Kloppun “Liverpul”la, Pep Qvardiolanın isə “Mançester Siti” ilə oyununu misal çəkirəm. Onlar İngiltərədəki işlərinin əvvəlində qalib gəlmədilər, amma nəticədə iki qalib komanda qurdular. Komandamızda ehtiras var. Yaxşı işlər görmək vaxt tələb edir. Biz Xaviyə 100 faiz güvənirik, o, “Barselona” üçün mükəmməl məşqçidir”.

Belerin bu yay “Barselona”ya keçib. İspaniyalı futbolçu daha əvvəl “Arsenal”da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button