Belçikalı qapıçı “Mançester Yunayted”də – Rəsmi

Belçikalı qapıçı Senne Lammens karyerasını “Mançester Yunayted”də davam etdirəcək. O, “Antverpen”dən İngiltərə klubuna transfer olunub.

Komanda.az “Mail Sport”-a istinadən xəbər verir ki, yay transfer pəncərəsində Lammensi almaq istəyən klublardan biri də “Aston Villa” olub. Hətta Birmingem təmsilçisi 21 milyon avroluq müqavilə üçün “Antverpen”lə razılığa gəlib. Ancaq qolkiper Unay Emerinin komandasına keçməkdən imtina edərək, “Mançester Yunayted”i seçib.

27 yaşlı futbolçu “qırmızı şeytanlar”la müddəti 2030-cu ilə qədər olan müqavilə imzalayıb. Onun debütü sentyabrın 14-də, Premyer Liqanın 4-cü turunda “Mançester Siti” ilə səfər matçında baş tuta bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button