Belçika millisinin üzvü BƏƏ klubu ilə müqavilə imzalamağa getdi

Belçikalı müdafiəçi Ceyson Denayer Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Şabab Əl Əhli” klubuna keçməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, azad agent olan futbolçu artıq tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün klubun düşərgəsinə yollanıb.

27 yaşlı Denayer 2013-cü ilin iyulunda “Mançester Siti”yə keçib. Lakin o, İngiltərə komandasının üzvü olaraq, beş il – müqavilənin bütün müddətini icarə əsasında başqa klublarda keçirib. 2018-ci ildə “şəhərlilər” Denayeri “Lion”a satıb. O, Fransa klubunda 137 matçda 8 qol vurub və 2 məhsuldar ötürmə edib.

Denayer 2015-ci ildə Belçika millisində debüt edib və 35 matçda bir dəfə fərqlənib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button