“Bəlkə də, artıq finala çıxdığımızı düşünürdük” – Belçika millisinin baş məşqçisi

Belçika millisinin baş məşqçisi Roberto Martines UEFA Millətlər Liqasının yarımfinalında Fransaya uduzduqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, “Lequipe” nəşrinə danışan Martines, 2:3 hesabıyla uduzduqları oyunu belə şərh edib:

“İlk hissə qeyri-adi oldu. Çox inamlı idik və rahat oynadıq. İkinci hissə isə emosional alındı. Bəlkə də, artıq finala çıxdığımızı düşünürdük. Etməli olduğumuz işi tamamlaya bilmədik. Fransa millisinin qol vurmasına icazə verdik və nəticədə uduzduq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button