
Belçika klubu “Qarabağ”ın 1,2 milyon avroluq təklifini qəbul etməyib
“Lyej”də çıxış edən Umar Diuf bir çox klubun transfer siyahısındadır.
Yerli klublardan “Gent”, “Sent-Trüden”, OHL və “Serkl Brügge” seneqallı forvardı transfer etmək istəyir.
Xaricdən isə “Qarabağ”, Kiprin “Pafos” klubu və adı açıqlanmayan İngiltərənin Çempionşip təmsilçisi onunla maraqlanır. Komanda.az xəbər verir ki, bu barədə “Walfoot” nəşri məlumat yayıb.
“Lyej” 22 yaşlı hücumçu üçün azı 1,5 milyon avro aralığında məbləğ tələb edir. Bu yaxınlarda “Qarabağ”ın 1,2 milyon avroluq təklifi klub tərəfindən rədd edilib.
Umar Diuf bu mövsüm Belçikanın 2-ci Liqa təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.
Bizi Facebook-da izləyin



