Belçika – Azərbaycan matçı azarkeşsiz keçiriləcək

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə yanvarın 17-də Belçika yığması ilə yoxlama oyunu keçirəcək.

Komanda.az xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq, oyun azarkeşlər üçün qapalı olacaq.

Belçika – Azərbaycan matçı Borqlon şəhərində keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button