Aksiyada iştirak edən futbolçu saxlanıldı – Belarusda

Belarusun bir sıra bölgələrində Aleksandr Lukaşenkonun prezident seçilməsinə qarşı keçirilən aksiyalar davam edir.

Komanda.az xəbər verir ki, polislərlə yaranan iğtişaşlarda iştirak edən BATE klubunun futbolçusu Anton Saroka da saxlanılıb. Bu barədə Belarus mətbuatı məlumat yayıb.

Bundan əvvəl xokkeyçi İlya Litvinov və MMA döyüşçüsü Aleksey Kudin də etirazlarda iştirak etdiyi üçün saxlanılıb.

Belarusda prezident seçkilərində Aleksandr Lukaşenkonun 6-cı dəfə qalib elan edilməsindən sonra paytaxt Minskdə və bir sıra bölgələrdə etirazlar başlayıb. Belarus mətbuatının xəbərinə görə, etirazlarda iştiraka görə 5000-dən çox insan saxlanılıb.