Belarus millisi üçün “tarixi oyun”

Belarus milli komandası DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turunda Belçika yığmasına uduzub.

Komanda.az xəbər verir ki, 0:8 hesabıyla bitən görüş Belarus millisi üçün antirekordla əlamətdar olub. Belə ki, Belçikaya darmadağın milli tarixinin ən böyükhesablı məğlubiyyəti olub.

Bundan əvvəl Belarus yığmasınıın ən böyükhesablı məğlubiyyəti 2003-cü ildə Avstriya ilə matçda olmuşdu. Milli komanda həmin qarşılaşmada 0:5 hesabıyla uduzmuşdu.