“Vəziyyət kritik deyil, çempionatı davam etdiririk” – Bazanov

Belarus Futbol Federasiyasının sədri Vladimir Bazanov ölkə çempionatının koronavirus pandemiyasına baxmayaraq davam etdirilməsi qərarını şərh edib.

Komanda.az xəbər verir ki, “Pressbol” nəşrinə açıqlama verən Bazanov, stadionlarda koronavirus infeksiyasına qarşı görülən tədbirlər haqda da danışıb:

“Vəziyyət kritik deyil, çempionatı davam etdiririk. İkinci turda 500 litr antiseptik aldılar və stadionlara apardılar.

Əsas olan insanların bunu anlamasıdır. Əllərini yumalı, tez-tez antiseptik istifadə etməli və asqırmamalıdırlar.

Heç kim bizə təzyiq etmir, nə UEFA, nə də FİFA. Bütün çempionatı oynayacağımızı demirik. Hər hansı bir kritik vəziyyət yaranarsa, turniri dayandıracağıq”.

Hazırda Avropada Belarusdan başqa, bütün ölkələrdə liqalar dayandırılıb.

Belarusda 163 nəfər koronavirusa yoluxub.