“Belə oynasaq…” – “Barselona”nın futbolçusu

“Barselona”nın müdafiəçisi Jordi Alba “Napoli” üzərində qələbə (4:2) və Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanmaları haqda danışıb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu əla oyun keçirdiklərini bildirib:

“Düşünürəm ki, əla oyun keçirdik. Geridə qalan müddətdə çox şeyi əldən verdik. Amma indi yolumuza davam etdiyimiz üçün sevinməliyik.

“Napoli” ilə oyunda əla dörd qol vurduq. Ən əsası, hədəfə doğru gedirik. Özünə olan inamını itirməməlisən. Belə oynasaq, gözəl nəticələr gələcək”.

“Napoli” ilk oyunda heç-heçə etdiyi (1:1) “Barselona”ya cavab matçında 2:4 hesabı ilə uduzaraq, Avropa Liqası ilə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button