Flik narazıdır

Almaniya millisinin baş məşqçisi Hans-Diter Flik Oman yığması ilə yoxlama matçından (1:0) sonra komandasının oyununu şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis yoldaşlıq görüşündən razı qalmayıb:

“Bu matçda komandanın müdafiədə oynamasından razı qalmadım. Dünya çempionatında belə bir oyun qəbuledilməzdir.

Biz daha çox hərəkət etməliyik. Lakin hər bir oyunçu zədə almamaq üçün ehtiyatlı oynamağa çalışırdı”.

Almaniya millisi DÇ-2022-nin E qrupunda İspaniya, Yaponiya və Kosta-Rika ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button