Bayramov Avropa çempionatında 1/4 finala yüksəlib

Azərbaycan cüdoçusu Turan Bayramov (66 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında ikinci qələbəsini qazanıb.

Komanda.az xəbər verir ki, o, 1/8 finalda İtaliya təmsilçisi Elios Manzini məğlub edib.

Daha əvvəl Nikolas Kuntseni (Almaniya) üstələyən Bayramov 1/4 finala yüksəlib.

Gültac Məmmədəliyeva (52 kq) macarıstanlı Reko Ruppa uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button