Keçmiş futbolçu Tuxelin “Bayern”in baş məşqçisi olacağına inanmır

Almaniya millisinin keçmiş futbolçusu Lotar Matteus hesab edir ki, “Bayern” baş məşqçi postuna Tomas Tuxeli gətirmək üçün Yulian Naqelsmannı istefaya göndərməyəcək.

Komanda.az xəbər verir ki, o, “Bayern”in Tuxel haqqında düşünmədiyini deyib:

“Naqelsmannın təhlükədə olduğunu və “Bayern”in Tuxeli gətirmək istədiyini düşünmürəm. “Bayern” Naqelsmannla ən uzun müddətli müqaviləni imzalayıb”.

“Bayern” Bundesliqada mövsümə pis başlayıb. Çempionatın 7 oyununda 12 xal toplayan komanda, turnir cədvəlində liderlərdən beş xal geri qalaraq, beşinci yerdədir.

Bizi Telegramda izləyin