Norveç millisinin baş məşqçisi: “Futbolçuların yaxın bir neçə gündə məni görməməsi daha yaxşıdır”

Norveç millisinin baş məşqçisi Stole Solbakken DÇ-2026-nın qrup mərhələsinin ilk turunda İraq yığması üzərində qazanılan 4:1 hesablı qələbədən sonra komandadakı ab-havadan danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, skandinaviyalı mütəxəssis start oyunundan əvvəl futbolçular üzərində müəyyən təzyiqin olduğunu vurğulayıb və onlara qısa fasilənin faydalı olacağını bildirib:

“Bir qədər fasiləyə ehtiyacımız var. Dünya çempionatındakı ilk oyunla bağlı müəyyən gərginlik var idi. Düşünürəm ki, futbolçuların yaxın bir neçə gün ərzində məni görməməsi daha yaxşıdır. Onlar istirahət etməli, ailələri ilə vaxt keçirməlidirlər. Bu, növbəti oyunlarda onlara kömək edəcək”.

Skandinaviya təmsilçisi qrup mərhələsinin ikinci matçında Seneqal millisi ilə üz-üzə gələcək. Qarşılaşma iyunun 22-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button