“Messinin “qızıl top”u qazanması ədalətsizlik oldu”

“Bayern”in sabiq futbolçusu Biksant Lizarazyu Lionel Messinin “qızıl top” mükafatını qazanması haqda danışıb.

Komanda.az xəbər verir ki, Lizarazyu, mükafatın polşalı hücumçu Robert Levandovskiyə deyil, Messiyə verilməsinin ədalətsizlik olduğunu söyləyib:

“Qızıl top”da Messinin şöhrətinin böyük rolu var. Xüsusilə, Levandovski ilə müqayisədə Messi daha məşhurdur.

Messinin “qızıl top”u qazanması ədalətsizlik oldu. Gərək 2020-ci ilin “qızıl top”unu da Levandovskiyə versinlər və bu ədalətsizliyi ört-basdır etsinlər”.