“Bayern”in ingiltərəli futbolçu üçün ilk təklifi rədd edilib

“Nyukasl” müdafiəçisi Kiran Trippyer üçün “Bayern”in ilk təklifini rədd edib. 

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, hazırda klublar ingiltərəli futbolçunun transferi ilə bağlı danışıqların 2-ci mərhələsindədirlər.

“Nyukasl”ın maliyyə çətinlikləri fonunda əlavə vəsait əldə etmək üçün Trippyeri yaxşı qiymətə satmağa hazır olduğu bildirilir.

33 yaşlı oyunçu bu mövsüm Premyer Liqada 19 matçda 7 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button