“Bayern”dən Premyer Liqa klubuna növbəti təklif

“Bayern” “Nyukasl”ın müdafiəçisi Kiran Trippyeri transfer etməkdə israrlıdır.

Komanda.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Münhen təmsilçisi bunun üçün İngiltərə klubuna ikinci təklif göndərib.

Hazırda tərəflər müqavilənin təfərrüatlarını müzakirə edirlər. “Bayern”in müdafiəçini almaqda qərarlı olduğu bildirilir. Klub hətta futbolçunu birədəfəlik almaq hüququ ilə icarəyə götürmək variantını da istəmir.

33 yaşlı oyunçu bu mövsüm Premyer Liqada 19 matçda 7 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button