İngiltərəli futbolçu “Bayern”ə keçə bilər

İngiltərə millisinin və “Vest Hem”in yarımmüdafiəçisi Deklan Rays karyerasını Almaniyada davam etdirə bilər.

Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, “Bayern” klubu yarımmüdafiəçini mövqeyində dünyanın ən yaxşılarından biri hesab edir və onu transfer etməyə çalışacaq.

23 yaşlı futbolçu ilə “Liverpul” və “Mançester Yunayted”in də yaxından maraqlandığı deyilirdi.

Raysın “Vest Hem”lə müqaviləsi 2024-cü ilə qədərdir. O, bir neçə dəfə klubla müqaviləni yeniləməkdən imtina edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button