“Bayern” Levandovskini bu qiymətə satmağa razıdır

Almaniyanın “Bayern” klubu hücumçusu Robert Levandovski ilə vidalaşmağa hazırdır.

Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, “Bayern” cari mövsümün sonunda Levandovskini 40 milyon avroya satmağa müsbət yanaşır. Bununla belə, Münhen klubu polşalı futbolçunu 2023-cü ilin yayına – müqaviləsinin sonuna qədər saxlamağa da hazırdır.

Daha əvvəl Levandovskinin yayda İspaniyanın “Barselona” klubuna keçə biləcəyi deyilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button