Poliqlot idman direktoru

“Bayern”in idman direktoru Hasan Salihamiciç fransız və portuqal dillərini öyrənməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, o, hazırda beş dildə sərbəst danışır: alman, ingilis, italyan, ispan və serb-xorvat.

Daha əvvəl Münhen klubunun idman direktoru ilə müqaviləni uzatmağı planlaşdırdığı bildirilirdi.

“Bayern” Bundesliqanın üç turundan sonra 9 xal toplayıb və turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button