“Bayern” onunla müqaviləni uzadır

Almaniyanın “Bayern” klubu idman direktoru Hasan Salihamiciçlə müqaviləni uzatmağı planlaşdırır. 

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Salihamiciçin yeni müqaviləsi 2026-cı ilin yayına kimi hesablanacaq.

Salihamiciç 2017-ci ildən “Bayern”in idman direktorudur. Onun hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.

“Bayern” Bundesliqanın yeni mövsümündə ilk oyununu avqustun 5-də keçirəcək. Komanda səfərdə “Ayntraxt”la (Frankfurt) oynayacaq.

Bizi Telegramda izləyin