“Bayern” “Ayaks”ın futbolçusunu transfer etdi

“Bayern” klubu “Ayaks”da çıxış edən Nussair Mazraui ilə razılığa gəlib.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi artıq Almaniya təmsilçisində tibbi müayinədən də keçib.

Mərakeşli futbolçu mövsümün sonunda “Bayern”ə qoşulacaq. Onun illik maaşı təxminən 8 milyon avro olacaq. Transfer yaxın günlərdə rəsmən açıqlanacaq.

Mazraui cari mövsümdə “Ayaks”ın heyətində bütün turnirlərdə 33 oyuna çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button